Baş xəbərDünya

Nigeriyada baş verən silahlı hücumda 16 nəfər həyatını itirdi

Nigeriyanın Plato əyalətində baş verən silahlı hücumda 16 nəfər həyatını itirib.

Bugun.tv xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkədə həyata keçirilən “Təhlükəsiz liman əməliyyatı”nın sözçüsü Ceyms Oya deyib.

Onun sözlərinə görə, ölkənin Muşu kəndində naməlum silahlı şəxslər tərəfindən hücum həyata keçirilib. Hücum nəticəsində 16 nəfər həyatını itirib, çox sayda yaralı var.

Hadisə yerinə təhlükəsizlik qüvvələrinin göndərildiyini bildirən Oya deyib: “Hücumdan sonra bölgəyə təhlükəsizlik qüvvələri cəlb olunub. Hadisədən sonra iğtişaş yaşanıb, lakin vəziyyət nəzarət alındadır”.

Qeyd edək ki, Nigeriyanın Plato əyaləti son zamanlar silahlıların hücumlarına səhnə olub. Dekabrın 5-də ştatda baş verən hücumda 11 nəfər öldürülüb.

Aynur Camal

Oxşar xəbərlər

Filarmoniyada “Mərhəmət Gecəsi” keçirildi

Aynur Camal

İran dövlət televiziyası: İsrailə yeni raket hücumu dalğası başladılıb

Aynur Camal

Prezident İlham Əliyev İran səfirliyində başsağlığı verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu