Baş xəbər

NİİM-in məlumatı – VIDEO

Bugun.tv xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarında sıxlığı azaltmaq üçün tədbirləri davam etdirir. Bu məqsədlə Mərkəzin əməkdaşları Binəqədi rayonu, Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsində təhlillər aparıblar. Avtomobillərin intensiv hərəkət etdiyi bu yolda axşam saatlarında yaranan sıxlığın qarşısını almaq üçün kəsişmədə olan svetoforun vaxt planına dəyişiklik edilərək, Mehdiabad yolundan hərəkət edən nəqliyyatın faza vaxtı 7 saniyə artırılıb. Nəticədə axşam saatlarında Mehdiabad yolundan kəsişmə istiqamətinə hərəkət edən nəqliyyat axınının sıxlığı aradan qaldırılıb.

Bugün TV

Oxşar xəbərlər

İşsiz qalan şəxslərin kredit borcu sığorta hesabına ödənilə bilər

Aynur Camal

Hindistan və Azərbaycan arasında mədəni əlaqələr rəsm sərgisi və ədəbi tədbirlə qeyd olundu

Aynur Camal

Rusiya Türk Dövlətləri Təşkilatına üzv olmaq istəyi etiraz doğurdu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu