29 C
Baku
28 İyun 2025, 18:58
Baş xəbər

Nikol Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib.

Bugun.tv “Report” -a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı liderlər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər. Bu kontekstdə onlar diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədin açılması haqqında sazişin icrasına da toxunublar.

Qeyd edək ki, 1993-cü ildə Azərbaycan torpaqlarını işğal etdiyi üçün Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr kəsilib. Türkiyənin təşəbbüsü ilə sərhədlər də bağlanıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Ermənistanın dağ-mədən müəssisələrinin qapılarını, Azərbaycan ekoloqları da daxil olmaqla, beynəlxalq monitorinq qrupuna açmalıdır

Aynur Camal

Tayvanda tayfun xəbərdarlığı! Dövlət tətil elan etdi!

Bugün TV

26 İyun – Milli Ordu Günü və Ordu Anlayışının Dərin Mahiyyəti – David Silvestrov

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu