Baş xəbər

Nikol Paşinyan Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Qurban bayramı münasibətilə təbrik edib.

Bugun.tv “Report” -a istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı liderlər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər. Bu kontekstdə onlar diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədin açılması haqqında sazişin icrasına da toxunublar.

Qeyd edək ki, 1993-cü ildə Azərbaycan torpaqlarını işğal etdiyi üçün Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr kəsilib. Türkiyənin təşəbbüsü ilə sərhədlər də bağlanıb.

Bugün TV

Oxşar xəbərlər

G7 sammitində İran, süni intellekt və Ukrayna məsələləri əsas gündəm olacaq

Aynur Camal

Milli Qurtuluş Günü: Azərbaycanın xilasa aparan dönüş nöqtəsi

Aynur Camal

Prezident İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu