Baş xəbərMaraqlı faktlar

Niyə orxideyanı evdə saxlaya bilmərik?

Hər birimiz evdə gözəl dibçək güllərini sevirik. Lakin onların dilini bilirikmi?

Eyni zamanda zərif orxideyanı da sevməmək mümkün deyil. Mütəxəssislər isə bu dibçək gülünü daimi olduğumuz otaqlarda saxlamamağı məsləhət görürlər. Onların sözlərinə görə bu gözəl güllər çox qayğı tələb etməklə yanaşı sağlamlığa mənfi təsirləri də var. Dibçək orxideyaları müntəzəm və düzgün suvarma və transplantasiyaya ehtiyac duyur. Bu çiçəklər çox işıqsevərdir, lakin birbaşa günəş işığını sevmirlər. Orxideya nadir hallarda evdə olan və ya çox vaxt çiçəkləri sulamağı unudan insanlar üçün isə qətiyyən uyğun deyil.

Təbiətdə ağac qabığında və ya kötüklərində bitən parazit bitkilər hesab olunur. Ona görə də deyirlər ki, bu çiçək tez-tez insandan müsbət enerjini “sovurur”. Orxideya çiçəklərinin tozcuqları yalnız allergiya xəstələrində deyil, yuxusuzluq, baş ağrısı, öskürək, boğaz ağrısı və gözlərdə sulanmaya səbəb ola bilir.

Əgər hələ də ev üçün orxideya almaq qərarına gəlmisinizsə, onları yataq otağına, yemək masasına və iş yerinin yaxınlığında qoymayın.

Mənbə: unian.net

Aynur Camal

Oxşar xəbərlər

Formula 1 2027-ci ilin təqvimini açıqladı: Türkiyə də yarışlara qayıdır

Aynur Camal

Bu parkda torpaq qazanlar almaz tapır: İlin əvvəlindən 214 daş aşkarlandı

Aynur Camal

Sosial şəbəkələrdən uzaq qalmaq üçün kitab oxuyanlara pul veriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu