Maraqlı faktlar

Niyə Yerin saatda 1700 km sürətlə fırlandığını hiss etmirik?

Yer ekvatorda saatda təxminən 1700 kilometr sürətlə fırlansa da, insanlar bu hərəkəti hiss etmirlər. Alimlər bunun əsas səbəbinin inersiya qanunu olduğunu bildirirlər.

Bugun.tv xəbər verir ki, Yer öz oxu ətrafında sabit sürətlə fırlandığı üçün insanlar, atmosfer və ətrafımızdakı bütün cisimlər bu hərəkətlə birlikdə eyni sürətlə hərəkət edir. Məhz buna görə nə güclü külək yaranır, nə də əşyalar yerindən tərpənir.

Mütəxəssislər bunu təyyarə ilə müqayisə edirlər. Təyyarə sabit şəkildə, məsələn, saatda 900 kilometr sürətlə uçarkən sərnişinlər bu hərəkəti hiss etmir. Su normal axır, havaya atılan əşya isə yenidən əlin içinə düşür. Çünki təyyarənin içindəki hər şey onunla eyni sürətlə hərəkət edir.

Yer kürəsində də eyni prinsip işləyir. İnsanlar və atmosfer planetlə birlikdə fırlandığı üçün bu hərəkət gündəlik həyatda hiss olunmur. Yalnız sürətdə kəskin dəyişiklik və ya qəfil sürətlənmə baş versəydi, bunu hiss etmək mümkün olardı.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

ABŞ nəsli kəsilməkdə olan canlılar üçün “BioVault” layihəsinə başladı

Aynur Camal

Kağız və metal pul yox idi: Tarixin ən maraqlı 5 ödəniş vasitəsi

Aynur Camal

İki həftədə 31 yeni dəniz növü aşkar edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu