Baş xəbərMədəniyyət

Azərbaycanda “Türk Dünyası Həftəsi”nə start verildi

Azərbaycanda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” başlayıb.

Bugun.tv xəbər verir ki, bu gün Bakıda start götürən həftə Azərbaycan Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq keçirilir.

Elm və mədəniyyət mövzusunda silsilə tədbirləri əhatə edən “Türk Dünyası Həftəsi” iyulun 3-dək davam edəcək.

Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir.

Mənbə: Mədəniyyət Nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Vespa skuterinin 80 illiyi qeyd olundu

Aynur Camal

Kağız və metal pul yox idi: Tarixin ən maraqlı 5 ödəniş vasitəsi

Aynur Camal

Hər söhbəti poza biləcək 10 mövzu açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu