15 C
Baku
27 Oktyabr 2025, 6:47
Baş xəbərDünya

Norveç Ukrayna hərbçilərinin Britaniyada keçirilən təlimlərinə qoşulacaq

Norveç Böyük Britaniyada Ukrayna hərbçiləri üçün genişmiqyaslı təlim proqramına qoşulacaq.

UNİAN-a xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Bern Aril Qram bildirib.

“Ukrayna qüvvələrinin əlavə təlim və təhsilə ciddi ehtiyacı var. Norveç Britaniyanın Ukrayna hərbçilərinin Böyük Britaniyada təlim keçməsi təşəbbüsünə müsbət yanaşır. Biz də bəzi digər ölkələr kimi təlimatçılarımızı ilkin əsgər hazırlığı üçün göndərəcəyik”, – Qram bildirib.

Xatırladaq ki, Ukrayna hərbçilərinin Britaniyada təlim keçməsi proqramı iyunda Kiyevə səfəri zamanı Böyük Britaniyanın baş naziri Boris Conson tərəfindən Ukrayna Prezidenti Vladimir Zelenskiyə təklif edilib. Conson qeyd edib ki, Britaniya hərbçiləri hər 120 gündə 10 minə qədər Ukrayna əsgərinə təlim keçə bilər.

Bir sıra ölkələr Britaniyada Ukrayna hərbçilərinə təlim keçəcək.

Aynur Camal

Oxşar xəbərlər

Suraxanıda stomatoloji kabinetlərin birindən 9 ədəd qızıl diş və digər əşyalar oğurlayan şəxs saxlanıldı

Kəmalə Sultan

Rusiya iki Ukrayna əsgərinin Krasnı Liman bölgəsində təslim olduğunu bildirdi

Bugün TV

Zaxarova Stoltenberqin Rusiyaya zərbə endirmək çağırışına cavab verib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu