Baş xəbərDünya

Norveç Ukrayna hərbçilərinin Britaniyada keçirilən təlimlərinə qoşulacaq

Norveç Böyük Britaniyada Ukrayna hərbçiləri üçün genişmiqyaslı təlim proqramına qoşulacaq.

UNİAN-a xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Bern Aril Qram bildirib.

“Ukrayna qüvvələrinin əlavə təlim və təhsilə ciddi ehtiyacı var. Norveç Britaniyanın Ukrayna hərbçilərinin Böyük Britaniyada təlim keçməsi təşəbbüsünə müsbət yanaşır. Biz də bəzi digər ölkələr kimi təlimatçılarımızı ilkin əsgər hazırlığı üçün göndərəcəyik”, – Qram bildirib.

Xatırladaq ki, Ukrayna hərbçilərinin Britaniyada təlim keçməsi proqramı iyunda Kiyevə səfəri zamanı Böyük Britaniyanın baş naziri Boris Conson tərəfindən Ukrayna Prezidenti Vladimir Zelenskiyə təklif edilib. Conson qeyd edib ki, Britaniya hərbçiləri hər 120 gündə 10 minə qədər Ukrayna əsgərinə təlim keçə bilər.

Bir sıra ölkələr Britaniyada Ukrayna hərbçilərinə təlim keçəcək.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycana xarici investisiyaların cəlb edilməsində artım müşahidə olunur

Aynur Camal

Hindistan son 4 ildə ilk dəfə əsas faiz dərəcəsini artırdı

Aynur Camal

Afrika öz kredit reytinq agentliyini yaratdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu