25 C
Baku
27 İyul 2024, 4:15
Baş xəbərHadisə

Norveçdə güclü yağış səbəbindən dəmir yolu körpüsü uçdu

Bugun.tv xəbər verir ki, Norveçin cənub-şərqində Laagen çayı üzərindəki dəmir yolu körpüsü güclü yağışlar səbəbindən uçub.

Ölkənin dəmir yolu infrastrukturuna məsul olan BaneNOR şirkətinin açıqlamasına görə, Laagen çayı üzərindəki polad dəmir yolu körpüsü leysan yağışlardan sonra suyun səviyyəsinin qalxması nəticəsində çöküb.

Qurumun rəsmisi Eivind Bjurstrom 1957-ci ildə tikilmiş körpünün dəymiş ziyanını araşdırarkən heç bir canlıya zərər verilmədiyini qeyd edib.

Xatırladaq ki, 172,5 metr uzunluğundakı körpü uçma riskinə qarşı bir həftə əvvəl istifadəyə verilib.

Norveçin cənubunda yerləşən Braskereidfoss Su Elektrik Stansiyası avqustun 10-da ölkədə təsirli olan “Hans fırtınası”nın yaratdığı güclü yağış, torpaq sürüşməsi və daşqınlar səbəbindən qismən dağılıb.

“Hans” qasırğası səbəbindən Norveçin cənubunda 5 mindən çox insan təxliyə edilib.

Ölkədə daşqınlara səbəb olan fırtına nəqliyyatın hərəkətini dayandırıb və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Teymur Əziz

Oxşar xəbərlər

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Aynur Camal

İki mikroavtobus toqquşdu: 5 yaralı var

Bugün TV

İlham Əliyev Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib 

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu