30 C
Baku
19 İyul 2024, 12:25
Baş xəbərSiyasət

“Növbədənkənar prezident seçkiləri bir zəfər seçkisidir” – Deputat

Məlumdur ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb və seçkidə 7 namizəd mübarizə aparacaq. Bu gündən isə növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılır. Təşviqatın aparılmasının fevralın 6-sı saat 08:00-da dayandırılması nəzərdə tutulub.

Deputat Məlahət İbrahimqızı sözlərinə görə, bu gün ölkəmizin ictimai-siyasi həyatında çox əlamətdar bir hadisə yaşanır. Çünki Azərbaycan vətəndaşları bu günü səbirsizliklə gözləyirdi.

“Möhtərəm prezidentimizin fevralın 7-də növbədənkənar prezident seçkiləri keçirməsi fonunda sanki ölkə vətəndaşlarının könlündən keçən və çoxdan gözləyirmiş kimi bir gözləntisinə şahid oluruq. Belə ki, ölkə başçısının sərəncamından sonra ictimaiyyətdə çox böyük minnətdarlıq hissi əks olunan müzakirələrə rast gəlinir. Nəzərdə tutulan növbədənkənar prezident seçkiləri bir zəfər seçkisidir. Yeni ilin ilk günlərində möhtərəm prezidentimiz yerli televiziya kanallarının əməkdaşlarına verdiyi müsahibədə bildirmişdi ki, bu seçkilər suveren və ərazi bütövlüyü bərpa olunmuş ölkəmizdə ilk dəfə olaraq keçirilən prezident seçkiləri olacaq. Bu baxımdan gələn ay baş tutacaq seçkilər həqiqətən də çox tarixi hadisədir” – deputat bildirib.

Qeyd edək ki, prezidentliyə namizədliyi qeydə alınan şəxslər aşağıdakılardır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

Mənbə: yenigundem.az

Kəmalə Sultan

Oxşar xəbərlər

Bayden sanksiyaları daha bir il uzatdı

Nigar Məmmədova

Texasda yük maşınında 46 ölü miqrant tapıldı

Bugün TV

Tural İsmayılov: “Ölkəmizin əleyhinə həyata keçirilən fəaliyyətlərdə Paşinyanın ikiüzlü siyasətinin xüsusi rolu var”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu