1 C
Baku
14 Yanvar 2025, 4:00
Baş xəbər

Noyabrda ikinci Ay tutulması hadisəsi baş verəcək

Noyabrın 8-də 2022-ci ilin ikinci Ay tutulması hadisəsi baş verəcək.

Bugün.tv xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb.

Bu, tam Ay tutulması olacaq. Saat 12:02-də yarımkölgəli, 13:09-da qismən, saat 14:16-da isə tam tutulma başlayacaq.

Tutulmanın maksimumu saat 14:59-da olacaq. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatacaq.

2022-ci ilin ikinci tam Ay tutulmasını Asiyadan, Avstraliyadan, Şimali Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyəcək, yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olar. Yarımkölgəli Ay tutulmasını görmək çətin olur, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan idmançıları 14 qızıl medalla vətənə döndü

Elnarə Dərziyeva

Yəhudi köçkünlər müsəlmanlara basqın etdilər

Aynur Camal

“İnsanlıq doldurulmuş silahla oynanır” – Quterriş

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu