25 C
Baku
27 İyul 2024, 4:33
Baş xəbərSosial

“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi tələbələrlə görüş keçirib 

“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi tələbələrlə görüş keçirib 

Bugun.tv xəbər verir ki, “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi “Əlil Qadınlar Cəmiyyəti”nin ofisində tələbələrlə görüş keçirib. Bu barədə QHT rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Azərbaycan Universitetinin Sosial iş və Filologiya fakültəsinin tələbələrinin iştirak etdiyi tədbirdə məqsəd onlara əlilliyi olan qadın və qızlarla davranış qaydalarını aşılamaq olub.

Nurlu Sabah Gənclərə Qayğı ictimai birliyi tələbələrlə görüşüb
Tələbələrlə görüş

“Gələcəyin dövlət xidmətlərində çalışacaq olan tələbələrlə maraqlı görüş oldu.   Onları maraqlandıran sualları cavanlandırdıq. Əlilliyi olan şəxslərlə davranarkən nələrə diqqət etməli olduqları haqda geniş məlumat verdik”, – E.Dərziyeva bildirib.

Seminara qatılan ali təhsil ocaqlarının əməkdaşlarının mövzu ilə bağlı çıxışları olub, onların hazırladıqları slayd nümayiş etdirilib.

Tələbələrlə görüşdə QHT rəhbəri onlara sertifikat verib
Tələbələrə sertifikatlar verilib

Sonda seminarda iştirak edən tələbələrə “Əlil Qadınlar Cəmiyyəti” ilə “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyinin üvləri tərəfindən serifikatlar təqdim olunub.

İntizar Əmirova

Oxşar xəbərlər

Azərbaycanlı tələbələrin cənazələri sabah vətənə gətiriləcək-VİDEO

Aynur Camal

Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 16-ya çatdı

Bugün TV

Ölkəmizdə leysan yağışları daşqınlara səbəb oldu: 2 nəfər öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu