22 C
Baku
23 Oktyabr 2025, 15:33
Baş xəbərDünya

Nyu-Yorkun Metropoliten muzeyində “Qadınları geyindirən qadınlar” sərgisi açıldı

Nyu-Yorkun Metropoliten muzeyindəki Geyim İnstitutunda təşkil edilən “Qadınları geyindirən qadınlar” adlı yeni sərgi heç də hər zaman təqdir edilməməsinə rəğmən, zərf cinsin nümayəndələrinin moda kanonunun formalaşmasına töhfəsinə həsr edilib.

Bugun.tv xarici KİV-ə istinadla xəbər verir ki, “Yatmış gözəllər: Modanın oyanışı” mövzusunda keçiriləcək qarşıdakı “Gala 2020” balı ərəfəsində məşhur muzeyin nəzdində fəaliyyət göstərən Geyim İnstitutu qadın modelyerlərin müasir moda sənayesi konsepsiyasında əsas rola malik olan yaradıcılığını və bədii irsini tədqiq edir. Sərginin ekspozisiyası XX əsrin ortalarından müasir dövrədək peşəkar qadınların – görkəmli dizaynerlərin, habelə moda sənayesində adları unudulan zərif cinsin nümayəndələrinin tarixçələrini əks etdirir.

Ekspozisiyada muzeyin kolleksiyasında olan və ən fərqli 70 dizaynerdən ibarət olan qrupun yaratdığı təxminən 80 geyim əşyası təqdim edilib. Qeyd etmək lazımdır ki, nümayiş etdirilən eksponatlardan bir çoxu əvvəllər təqdim olunmayıb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

“Azərbaycanın yüksək səviyyəli sammitə dəvət olunması ölkəmizə olan xüsusi diqqətin göstəricisidir”

Aynur Camal

Rusiyada döyüş helikopteri qəzaya uğradı! Ekipaj həyatını itirdi

Aynur Camal

29 yaşlı qadın itkin düşüb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu