Baş xəbərKriminal

Nəqliyyat vasitəsini qaçıraraq yol-nəqliyyat hadisəsi törədən şəxs saxlanıldı 

Bugun.tv xəbər verir ki, Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin paytaxt sakini Niyazi Çatdayev tərəfindən qaçırılması və idarə edilərkən Cavanşir küçəsində “Kia” markalı avtomobillə toqquşması müəyyən olunub.

Nəqliyyat vasitəsini oğurluqda şübhəli bilinən N.Çatdayev polis əməkdaşları tərəfindən saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Şəfa verən Quliyevlər nəsli: Ata və qızının həkimlik missiyası

Elnarə Dərziyeva

Cəmi 15 dəqiqə idman beyində mühüm dəyişiklik yaradır

Aynur Camal

AY YOLA qrupu dünya musiqi səhnəsində səs saldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu