28 C
Baku
20 İyul 2025, 23:17
Baş xəbərKriminal

Oğurluq edən şəxslər saxlanıldı

Bugun.tv xəbər verir ki, Binəqədi rayonunun Dərnəgül qəsəbəsindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibəsinin oğlu Ü.Əhmədov müəyyən edilərək saxlanılıb.

Digər oğurluq əməli isə Abşeron rayonunun Hökməli qəsəbəsində törədilib. Evlərin birindən 10.000 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbə sakini Ariz Əzimov saxlanılıb. Məlub olub ki, o, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunub.

Daxili İşlər Nazirliyinin məlumatına görə,  faktlarla bağlı araşdırma aparılır.

Teymur Əziz

Oxşar xəbərlər

Londonda oğurlanan telefon Çindən gəldi! Və bu ilk dəfə deyildi

Aynur Camal

“Şəhidin adından istifadə edib, torpağımı əlimdən alırlar”- İDDİA

Bugün TV

“Əsl sevgini oyuncaq edirlər” – XALQ ARTİSTİ MÜNASİBƏT BİLDİRİB

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu