28 C
Baku
8 Sentyabr 2025, 20:18
Baş xəbərKriminal

Oğurluq faktları qeydə alındı

Bugun.tv xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşları daxil olan məlumat əsasında əməliyyat keçiriblər. Nəticədə bir nəfərin bank kartından 470 manatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Səfərəliyev saxlanılıb.

Digər bir oğuluq isə rayonunun Q.Qarayev prospektində yerləşən gözəllik salonlarının birində baş verib. İki qadının çantasından içərisində 720 manat pul, bank kartları və sənəd olan cüzdanlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən yeniyetmə müəyyən olunaraq, saxlanılıb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

NİİM-in məlumatı – VIDEO

Bugün TV

Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib

Kəmalə Sultan

İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu