Seneqalın paytaxtı Dakar yaxınlığında üzən qayıqdan ən azı 30 cəsəd tapılıb. Mühacirlərin olduğu qayığın günlərlə okeanda sürükləndiyi güman edilir. Səlahiyyətlilər Dakardan təxminən 70 kilometr aralıda sürüklənən bir qayıq üçün hərəkətə keçib. Qayığa çatanda dəhşətli mənzərə yaranıb. Qayıqda ən azı 30 çürümüş cəsəd tapılıb. Cəsədlərin bəziləri parçalanıb. Ona görə də identifikasiya işləri çətinləşdi.
Günlərlə okeanda sürükləndiyi təxmin edilən qayıqda tapılan cəsədlərin mühacirlərə aid olduğu bildirilib. Seneqal ordusu, Atlantik okeanında sürüklənən qayığın nə vaxt və hara getdiyini və qayıqda neçə nəfərin olduğunu müəyyən etmək üçün araşdırma başlatdı.
Digər tərəfdən, son vaxtlar Seneqaldan İspaniyanın Kanar adalarına gedən immiqrantların sayında da artım müşahidə olunur. Ümidli səyahətə çıxanlar Atlantik okeanını 1500 kilometrdən çox qət etməli olurlar.
İşsizlik, münaqişələr və yoxsulluq xüsusilə gənc kişiləri təhlükəli yollarla Qərbi Afrikadan köçməyə məcbur edir. Seneqallı bəzi balıqçılar artıq dolana bilməyəcəklərini, mühacirət etməyə və ya qayıqlarını insan alverçilərinə verməyə başladıqlarını bildirdilər.
Keçən avqust ayında Dominikan Respublikası sahillərində seneqallı mühacirlərə aid olduğu düşünülən ən azı 14 çürümüş cəsəd tapılmışdı.
Mənbə: TGRT