25 C
Baku
27 İyul 2024, 5:03
Dünya

Ölənlərin sayı 35 min 456-ya yüksəlib

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 70 nəfər artaraq 35 min 456-ya çatıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 226 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 8 qırğın törətdiyi, bu hücumlarda daha 70 fələstinlinin həyatını itirdiyi, 110 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 35 min 456-ya, yaralıların sayının isə 79 min 476-ya yüksəldiyi qeyd edilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Münaqişə bitməsə, Rusiyaya qarşı sanksiyalar davam edəcək

Nigar Məmmədova

113 əsir azad edildi

Aynur Camal

Twitch 1 milyon rubl cərimələndi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu