İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində ölənlərin sayı 51 min 439-a, yaralıların sayı isə 117 min 416-ya yüksəlib.
İsrail Qəzza zolağına hücumlarını davam etdirir…
Fələstin Səhiyyə Nazirliyi son 24 saatda Qəzza zolağında 84 mülki vətəndaşın cəsədinin və 168 yaralının xəstəxanalara gətirildiyini açıqlayıb.
SON 37 GÜNDƏ 2062 FƏLƏSTİNLİ ÖLDÜRÜLDÜ
Nazirlik həmçinin bəyan edib ki, İsrailin Qəzza zolağında atəşkəsi birtərəfli qaydada pozduğu martın 18-dən bu yana 2062 fələstinli ölüb, 5375 nəfər yaralanıb.
Mənbə: İhlas Xəbər Agentliyi (İHA)