Baş xəbər

Ölkəmizdə səfərdə olan Qrossi nələri müzakirə etdi?

“Biz düşünürük ki, bu ərazilərdə xüsusi mühafizə zonası yaradılmalıdır. Çünki müharibə nüvə riskini artırır. Və buna görə də bu riski azaltmaq üçün maksimum addımlar atmalıyıq. Mən artıq neçə aydır ki, bu mühafizə zonasının yaradılması üçün həm Rusiya, həm də Ukrayna tərəfi ilə danışıqlar aparıram. Ümid edirəm ki, tezliklə bu istiqamətdə irəliləyiş əldə olunacaq.
Zaparojye yalnız yeganə obyekt deyil ki, bizim orada missiyamız var. Ora həssas yerdir. Ora işğal olmuş ərazilərdir. Ukraynanın digər yerlərindəki bütün nüvə elektrik stansiyaları agentliyimizin ekspertlərindən ibarət missiya göndərmişik”.

Bugun.tv xəbər verir ki, bunu medaiaya açıqlamasında Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru  Rafael Qrossi bildirib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə fəaliyyətini də monitorinq etdiyini bildirən Rafael Qrossi bu sahədə İranla ən yüksək səviyyədə təmasları və dialoqu saxlamağın vacibliyini vurğulayıb.
Agentliyin direktoru bunu İranın müəyyən nöqtələrində nüvə fəaliyyətində narahatlıq doğuran dəyişikliklərin qeydə alınması ilə izah edib.

Xatırladaq ki, Rafael Qrossi martın 4-də İrana səfər edəcək.

“Agentliyimiz vəziyyəti yerində öyrənmək, şübhələri aradan qaldırmaq üçün bu nöqtələrə bir başa çıxış əldə etməlidir ki, vəziyyətin ağırlaşmasından qaçmaq mümkün olsun. Mən bunu iranlı həmkarla görüşümdə də söyləyirəm. Ümid edirəm ki, bu Tehranda da müzakirə mövzumuz olacaq”, – agentliyin baş direktoru bildirdi.

O, həmçinin, Azərbaycanla münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayaraq təşkilatın müxtəlif sahələrdə Azərbaycana yardım etdiyini vurğulayıb. Baş direktor agentliyin həm Ermənistanla, həm də Azərbaycanla işlədiyini, sabitliyin təşviqi üçün bu cür əməkdaşlığın önəmli olduğuna da diqqət çəkib.

Nigar Məmmədova

Oxşar xəbərlər

9-cu Kazan Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatı Sahibkarlıq Forumu keçirildi

Aynur Camal

BUDO-dan uçuşların ləğvi

İntizar Əmirova

“İran öz ərazisindən bizə hücum etsə, biz də İranı vuracağıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu