Baş xəbər

Ölkədə prezident seçkiləri keçirilir

Bugun.tv xəbər verir ki, paytaxtda seçkilər davam edir. Əməkdaşlarımız bir neçə dairə və məntəqələrdə olub. Prosesi yaxından izləyiblər.

14 saylı Xəzər rayon seçki dairəsinin 7 saylı məntəqəsinin sədri Rəqsanə Əliyevanın Bugun.tv-yə verdiyi məlumata görə, məntəqə üzrə 1421 seçici qeydə alınıb. Ən yaşlı seçici 1936-cı il təvəllüdlüdür. O, 12:00 radələrinə qədər səsverməyə qatılmayıb. 84 yaşlı seçici isə öz namizədini seçmək üçün səsvermədə iştirak edib. Məntəqədə izdiham hiss olunur. Seçicilər səs vermədə fəal iştirak edirlər.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Avropa İttifaqı Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

Aynur Camal

İstanbulun simvolları Azərbaycan bayrağının rənglərinə büründü

Aynur Camal

Türkiyə Prezidenti Ərdoğan Şuşada Bayraq Gününü təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu