Baş xəbər

Ölkəmizdə “Scopus AI” istifadəyə verilib

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə süni intellekt əsaslı elmi məlumat axtarış sistemi – “Scopus AI” istifadəyə verilib.

“Scopus AI” akademik heyət, tədqiqatçı və tələbələrə istənilən mövzuda axtarış aparmağa, elmi fakt, məqalələrə əsaslanan xülasələr əldə etməyə imkan verir.

Bugun.tv–yə daxil olan məlumata görə, bu xidmət sayəsində istifadəçilər minlərlə məqalədə mövcud olan məlumatların ümumiləşdirilmiş təsvirini bir anda əldə edə və bir neçə saniyə içərisində oxuya biləcəklər.

Qeyd edək ki, “Elsevier” şirkəti tərəfindən yaradılmış sistem ölkəmizdə 100-dən çox elmi, eləcə də ali təhsil müəssisəsinin istifadəsinə verilib.

Mənbə:  Elm və təhsil nazirliyi

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Ermənistan və Gürcüstandan Alban irsi ilə bağlı iddialar bir mərkəzdən idarə olunur

Aynur Camal

Vüqar Bayramov: Azərbaycanın xarici borcu ÜDM-in 5,6 faizini təşkil edir

Aynur Camal

Bakı Uşaq və Gənclər Teatrı Xankəndində-müharibənin 6-cı ildönümü qeyd olunub – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu