9 C
Baku
13 Dekabr 2025, 23:41
Baş xəbərSosial

Ölkəmizdə su ilə bağlı ciddi problem var

Azərbaycanda su ilə bağlı ciddi problem var. Və getdikcə daha da qloballaşır.

Bugun.tv-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İradə Hüseynova Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) ətraf mühit, təbii sərvətlər və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib.

Onun sözlərinə görə, Respublikamızda şirin su resurslarımız bütövlükdə azalmaya meyllidir. Eyni zamanda 2050-ci ilə qədər bir çox təbii sərvətlərmizin növlərinin nəsli kəsiləcəyi gözlənilir.

“Azərbaycanda və dünyada biomüxtəlifliyin qorunması üçün “Qırmızı kitablar” mövcuddur. Ölkəmizdə ilk nəşri 1989-cu ildə nəşr olunub. Orada 140 flora, 108 fauna növü qeyd olunub. İkinci nəşrdə 2013-cü ildə buraxılıb. Nadir bitkilərin sayı 266-ya, heyvanların sayı isə 226-ya çatıb.

Hazırda “Qırmızı Kitab”ın üçüncü nəşri hazırlanır, bu il nəşr olunacaq. Nəsli kəsilməkdə olan heyvan növlərinin sayı 226-dan 241-ə yüksəlib” – I. Hüseynova qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Avtomobildə yanan alışqan partlayışa səbəb olub: 1 nəfər ölüb, 1 nəfər yaralandı

Bugün TV

Köməksiz qalan 32 miqrant helikopterlə xilas edilib

Aynur Camal

Keti Perri kosmosa getdiyinə peşmandır: O, yerə enərkən yeri öpdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu