Dünya

Türk polis rəisi həbs olundu

Bugun.tv türk mediasına istinadən xəbər verir ki, polis rəisi Yadigar İşık zəlzələdən zərər çəkənlər üçün göndərilən yardımı mənsimsəməkdə təqsirli bilinir.
Tekirdağ  Prokurorluğunun icazəsi ilə onun evinə baxış keçirilib. Axtarış zamanı mənzildən generator, çadır, birləşdirici kabellər, yataq dəsti, səyahət çantası, çəkmə, yağış paltarı, it yemi, elektrik qızdırıcısı aşkar olunaraq  maddi sübut kimi götürülüb.

Fakt əsasında Y.İşık cinayət məsuliyyətinə cəlb olunub. Prokurorluqda dindirildikdən sonra toplanan maddi sübutlar həbs tələbi ilə hakimə göndərilib. Ancaq Yadigar İşık məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Prokurorluq onun sərbəst buraxılmasına etiraz edib.

İşə yenidən baxılması üçün onu növbəti məhkəməyə gətiriblər. Bu dəfə Y.İşık hakimin qərarı ilə həbs edilərək istintaq təcridxanasına göndərilib.

 

Bugün TV

Oxşar xəbərlər

Böyük Britaniya Ukraynaya qışa hazırlıq üçün 71 milyon dollar ayırdı

Aynur Camal

Ukrayna Rusiyada “Yandex”in məlumat mərkəzinə zərbə endirdi

Aynur Camal

Rusiyanın Ukraynaya hücumları nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu