20 C
Baku
22 Aprel 2025, 13:17
Baş xəbərMaraqlı faktlar

Ölümdən dönənlərdə nələr aşkarlandı? – ARAŞDIRMA

Bugun.tv xəbər verir ki, araşdırmalara görə ölümdən qayıdan insanların yaddaşı daha aydın olur. Unutduqları xatirələri xatırlaya bilirlər.

“Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan son araşdırmanın bir hissəsi olaraq, ABŞ-ın Miçiqan Universitetinin tədqiqatçıları infarkt keçirən dörd koma xəstəsindən ikisində beyinin fəaliyyətdə olduğunu görüblər.

Beləki, ürəyi müəyyən müddət dayanan və həyata qayıdan insanların beyin fəaliyyətlərinin araşdırılması nəticəsində demans xəstələri kimi bəzi insanların qısa müddətə unudulmuş xatirələri yada sala bildiyi aydınlaşıb.

2017-2020-ci illər arasında ABŞ və İngiltərədə CPR sonrası həyata qayıdan 500-dən çox xəstədə aparılan AWARE II adlı araşdırmada fərdlərin beyin fəaliyyətlərində artım müşahidə edilib.

AWARE II komandasının lideri Sam Parnia bu haqda danışıb. “Öldüyünüz zaman beyniniz oksigen və qida maddələrindən məhrum olur, ona görə də bağlanır. Bu bağlanma ilə beyniMizin normal olaraq çata bilməyən hissələrinə daxil olur və ağıl aydınlaşır”.

Tədqiqat qrupundan biri olan Jimo Borjigin bu xəstələrin beynində ayıqlıq, diqqət və xatırlama ilə əlaqəli qamma dalğalarında artım müşahidə edib.

Borjigin qamma dalğalarının artmasının və ölümdən əvvəlki insanların xatirələrinin aydınlığının beyinin oksigen səviyyəsinin azalması səbəbindən tarazlığı bərpa etməyə çalışması nəticəsində meydana gəldiyini ifadə edib.

Mənbə: “Proceedings of the National Academy of Sciences”

Teymur Əziz

Oxşar xəbərlər

2023-cü ilin Cıdır mövsümü açıq elan edildi – FOTO

Aynur Camal

İki yüngül ticari avtomobil toqquşdu: 6 nəfər yaralandı

Bugün TV

Ticarət müharibəsi qızışır! Tramp “Avropa İttifaqı xətti keçdi” dedi, Aİ-nin cavabı sərt oldu…

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu