Digər

Ölümlə nəticələnən zəhərlənmələr hansı halda baş verir?    

Əksəriyyət ev şəraitində hazırlanan turşuların daha ziyansız olduğunu düşünür. Əslində isə bu yanlışdır. Çünki zəhərlənmə təkcə fabrikdə yox, evdə hazırlanan turşularda da qeydə alınır. Konservləşdiriliş qidadan zəhərlənmə – botulizm bəzən ölümlə də nəticələnə bilir. Bu səbəbdən qidaları almazdan, qəbul etməzdən öncə bilməli olduğumuz məqamlar var.

Bugun.tv xəbər verir ki, bu cür zəhərlənmələrə daha çox meyvə-tərəvəzlərdən hazırlanan turşular səbəb olur. Mütəxəssislərin botulizm adlandırdığı bu xəstəliyin əsas səbəbi isə müxtəlif növ bakteriya, virus, parazit və yaxud kimyəvi maddələrlə çirklənmiş qida məhsullarının istehlakıdır.

Baş toksikoloq Azər Maqsudovun sözlərinə görə, botulizm ağır kəskin toksik  infeksiyadır. Oksigen olmayan şəraitdə infeksiya inkişaf edir və kütləvi şəkidlə zəhərlənməyə gətirib çıxarır. Çox vaxt isə həyati təhlükə yaradır. “Tez bir vaxtda ürəkbulanma, qusma, mədə nahiyəsində ağrılarla özünü biuzə verir. Bədənin hərarəti qalxır və getdikdə qarşısı alınmasa vəzyyət kəskinləşir və xəstə huşunu itirə bilir. Ev şəraitindəki türkəçarələrlə botulizmin qarşısını almaq olmaz. Biz mütəxəssislər məsləhət görmürük. Çünki xəstə müayinə olunmasa, ona zərdab vurulmasa həyatı böyük bir risk altında qala bilər”.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu