14 C
Baku
22 Noyabr 2024, 11:10
Sosial

“Onlar “əlil” sözünü eşitməmək üçün tədbirlərdən imtina edirlər”

Bugun.tv xəbər verir ki, bunu Ombudsman təşkilatının rəhbəri Müqalib Mahmudov “Əlil Qadınlar Cəmiyyəti”nin təşkil etdiyi tədbirdə səsləndirib. O, əlilliyi olan şəxslərin hüquqi müdafiəsi, onların maarifləndirilməsi məsələsinə toxunaraq, fikirlərini bildirib.

“Həqiqətdə Bakı, Gəncə, Quba, Xaçmaz şəhərlərində əlilliyi olan qadın və qızların dövlət xidmətlərinə çıxışının təkmilləşdirilməsinə həsr olunmuş layihə çərçivəsində görülən işlər barədə hesabatın bir qismi ilə tanış olduq. Çox mühüm fəaliyyətlər həyata keçirilib. Sevindirici haldır ki, bu layihənin icrası 3 il ərzində davam etdiriləcək. Hesab edirəm ki, lahiyənin bir sıra komponentləri var. Onlardan biri əlilliyi olan şəxslərə münasibətdə etiket qaydalarının tətbiqi məsələsidir”.

M.Mahmudovun sözlərinə görə, əlilliyi olan şəxslərin qarşılarına çıxan ən mühüm maneələrdən biri fiziki müyəssərlikdirsə, digəri mənəvi psixoloji maneələrdir. “Təsadüfi deyil ki, BMT-nin əlilliyi olan şəxslərin hüquqları haqqında 2006-cı il 13 dekabr tarixli konvensiyası, 2018-ci ilin oktyabr tarixində Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilib. Bu konvensiyanın ratifikasiyasından sonra Azərbaycan Respublikasının milli qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilib. 2018-ci ildə Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin hüquqları haqqında yeni qanun qəbul olunub. Ölkə ombudsmanının da təqdim etdiyi təkliflər nəzərə alınmaqla Azərbaycan Respublikasının qüvvədə olan bütün qanunvericilik aktlarında dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən artıq əlil, şikəst, fiziki qüsurlu və digər əlilliyi olan şəxslərə münasibətdə məqbul hesab edilməyən və bir çox hallarda onlara qarşı stiqma yaradan terminlərdən imtina olunub. Yəni biz əlil qızlar yox, əlilliyi olan qızlar, əlil qadınlar yox, əlilliyi olan qadınlar ifadəsindən istifadə etməliyik. Bu sözləri eşitməmək üçün əlilliyi olan şəxslər bir çox tədbirlərdən imtina edirlər. Buna görə də belə məsələlərə həssaslıqla yanaşmalıyıq. Biz nümunə olmalıyıq. Cəmiyyətin gözü bizdədir”, – M.Mahmudov bildirib.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

İ.Səlimov: “Həm dini, həm də dövlət nikahı insanlar üçün önəmlidir”

Nigar Məmmədova

“Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə mərhələsi başlayır

Aynur Camal

Layihə təşəbbüsünün benefisiarları Peşə Məktəbində

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu