DünyaHadisəMədəniyyət

Tanınmış Bollivud ulduzu qəza keçirtdi

Bugun.tv xəbər verir ki, tanınmış Bollivud ulduzu Şahrux Xan qəza keçirdib. Hadisə Los-Ancelesdə baş verib. Burnu zədələnən aktyor əməliyyat olunub. Hadisədən sonra Şahrux Xan Hindistana qayıdıb və sağalma müddətini orada keçirir.

Qəza zamanı aktyorun burnundan qan açılıb və dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər qanaxmanı dayandırmaq üçün kiçik əməliyyata ehtiyac olduğunu açıqlayıblar.

Qeyd edək ki, uzun fasilədən sonra “Pathan” filmi ilə sevənlərinin qarşısına çıxan Şahrux bu dəfə “Jawan” ilə böyük ekranlara çıxmağa hazırlaşır. Film sentyabrda nümayişə çıxarılacaq. Bunlardan başqa, Şahrux Xan Salman Xanın çoxdan gözlənilən “Tiger 3” filmində də xüsusi rol alacaq.

Bugün TV

Oxşar xəbərlər

“Ulduz müharibələri” filmindəki Tatuinə bənzər planet həyat üçün əlverişli ola bilər

Aynur Camal

BMT araşdırması: Dünya geri dönməyən nəticələri olan qlobal su çatışmazlığı dövrünə daxil olur

Aynur Camal

16 yaşlı gəncin biznesinin dövriyyəsi 1 milyon ABŞ dollarını ötdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu