Texnologiya

OpenAI 80 illik riyaziyyat problemini həll etdiyini açıqladı

Bugun.tv xəbər verir ki, şirkəti hazırladığı süni intellekt modelinin 80 ildən çoxdur həll olunmayan riyaziyyat problemini uğurla analiz etdiyini açıqlayıb.

TRT Haber-in məlumatına görə, problem ilk dəfə 1946-cı ildə məşhur macar riyaziyyatçısı Paul Erdős tərəfindən irəli sürülən “müstəvi vahid məsafə problemi” ilə bağlı olub. Problem müəyyən sayda nöqtə arasında eyni məsafədə yerləşən cütlərin maksimum sayının hesablanmasını nəzərdə tutur.

OpenAI-ın süni intellekt modeli müxtəlif riyazi metodlardan istifadə edərək əvvəlki nəzəriyyələrdən fərqli yeni düzülüş sistemi aşkar edib və uzun illər qəbul olunan bəzi yanaşmaları təkzib edib.

Şirkət bildirib ki, bu nəticə xüsusi olaraq yalnız riyaziyyat üçün hazırlanmış sistem vasitəsilə deyil, ümumi məntiq yürütmə qabiliyyətinə malik model tərəfindən əldə olunub.

Araşdırma riyaziyyatçılar tərəfindən də təsdiqlənib. Mütəxəssislər bunu süni intellektin elmi araşdırmalarda yeni mərhələyə keçidi kimi qiymətləndirirlər. Ekspertlərin fikrincə, AI gələcəkdə elmi və texnoloji tədqiqatların əsas alətlərindən birinə çevrilə bilər.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Süni intellekt təhlükəsizlik sistemlərini aşa bilər

Aynur Camal

Süni intellekt həyəcanı dünya bazarlarını rekord səviyyəyə yüksəltdi

Aynur Camal

Süni intellekt dünya bazarlarını yüksəltdi: investorlar Aİ sektoruna axışır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu