17 C
Baku
16 Aprel 2026, 19:05
Baş xəbərDünya

Ördəklərin yolu keçməsinə kömək edən öldü

Bugun.tv xəbər verir ki, Kaliforniyalı bir kişi ördəklərin yolu keçməsinə kömək edərkən ölüb.

Şəhər polisinin verdiyi açıqlamaya görə, 41 yaşlı Casey Rivara Sakramentodan təxminən 40 kilometr şimal-şərqdə yerləşən Rocklin qəsəbəsində Rivara adlı gənc sürücünün idarə etdiyi maşının altına düşüb.

“Kişinin kəsişmədə bəzi ördək balalarına kömək etməyə çalışdığı bildirilir. Yol kəsişməsində gənc sürücü Stenford Ranç prospektində şərqə doğru hərəkət edirdi. Bu gənc sürücü yolda piyadanı vurub”, – Rocklin Polis Departamentinin açıqlamasında deyilir.

Summer Peterson adlı bir şahid yerli CBS News agentliyinə bildirib ki, onun uşaqları cümə axşamı gecə yerli vaxtla saat 20:15 radələrində baş verən qəzanın şahidi olublar.

İnsanlar qəza yerinə gül buketləri və rezin ördəklər qoyublar.

Rocklin Polis İdarəsi hadisənin hələ də araşdırıldığını bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu