21 C
Baku
12 Sentyabr 2025, 6:23
Baş xəbərSosial

“Orta məktəblərdə psixoloqlarla bağlı ciddi problemlər var” – EKSPERT RƏYİ

“Hər məktəbdə 1000-2500 arası şagird var. 1 və ya 2 psixoloqun problemləri olan hardasa 500 nəfər şagirdlə məşğul olması qeyri-mümkündür”.
Bugun.tv-yə bu fikirləri Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov orta məktəblərdə psixoloqlarının azlığından danışarkən bildirib.

“Biz bu məsələni qaldırmışıq ki, məktəbdə psixoloqlar artsın və hər bir psixoloqa dərs saatı verilsin. Bu, daha məqsədə uyğun olar. Bir məktəblidə hər hansısa problem aşkarlanan zaman psixoloq yanına göndərilir, amma uşaqların çoxunun problemləri aşkarlana bilmir. Aşkarlanmadığı təqdirdə uşaqlarda içə qapanma, mental çöküntü və digər həmyaşıdlarına qarşı zorakı davranış baş verir. Bunun ən yaxşı yolu psixoloqun məktəblilərlə dərs saatı ilə məşğul olmasıdır. Eyni zamanda bu sahədə çalışanlar kifayət qədər təcrübəli insanlar olmalıdırlar. Bir psixoloqun gunə 10-12 şagirdi əhatə etəməsi qeyri-mümkündür. Düşünürəm ki, onların sayı orta məktəblərdə mütləq artırılmalıdır”,- Fariz Əkbərov əlavə edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Azərbaycanın dirçəliş salnaməsi – 1969-cu ildən başlanan yol

Aynur Camal

Türkiyədə yenidən 3,9 bal gücündə zəlzələ baş verib

Aynur Camal

ABŞ-da diqqət çəkən anket!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu