34 C
Baku
27 İyul 2025, 13:23
Dünyaİdman

Osimhen 3 nəhəng klubun diqqət mərkəzindədir

“Napoli”nin hücumçusu Viktor Osimhen uğrunda “Mançester Yunayted”, “Çelsi” və “Liverpul” yarışır.

Bugun.tv xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolieri bildirib.

Onun fikrincə, klublar mümkün müqavilələrin şərtlərini müzakirə etmək üçün forvardın agentləri ilə görüşlər planlaşdırıb.

Onların niyyətləri gələn həftə müəyyənləşəcək.

2022/2023 mövsümünün İtaliya A Seriyasında Osimhen 32 oyun keçirib, 26 qol vurub və 4 məhsuldar ötürmə verib. Nigeriyalı çempionatın bombardiri oldu, Napoli isə 38 matçda 90 xalla liqada birinci yeri tutdu.

Qeyd edək ki, Osimhen İtaliya klubuna keçməzdən əvvəl Almaniyanın “Volfsburq”, Belçikanın “Şarlerua” və Fransanın “Lill” klublarında çıxış edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Fransa baş nazirinin iqamətgahına boyalı hücum olub

Aynur Əfəndi Zadə

Azərbaycan İrana nota verdi

Aynur Camal

Ümumdünya Meteorologiya Təşkilatı: “Biz daha güclü istilərə hazır olmalıyıq”

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu