14 C
Baku
17 Fevral 2026, 13:13
Baş xəbərDünya

Ötən il Antalyanı rekord sayda turist ziyarət etdi

Dünyanın ən məşhur turizm mərkəzlərindən olan Türkiyənin Antalya vilayətini ötən il 15 milyon 689 min 258 əcnəbi ziyarət edib.

Bugun.tv xəbər verir ki, Antalya Mədəniyyət və Turizm İdarəsinin məlumatına əsasən, bu rəqəm bütün dövrlər üçün ən yüksək göstəricidir.

Ötən il Antalyaya səfər edən əcnəbilər arasında Rusiya vətəndaşları üstünlük təşkil edib. İl ərzində 3 milyon 461 min 762 rusiyalı Antalyanı ziyarət edib. Bu siyahıda Rusiyadan sonra ikinci yer Polşaya məxsusdur. İl ərzində Antalyaya gələn Polşa vətəndaşlarının sayı 1 milyon 68 min 150 nəfər olub. Bu, əvvəlki illə müqayisədə 39,6 faiz çoxdur.

Antalyaya gələn turistlərin sayına görə bundan əvvəlki rekord göstərici 2019-cu ildə qeyd alınıb. Həmin dövrdə şəhəri ziyarət edən xarici turistlərin sayı 15 milyon 280 min 763 nəfər olub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Təbii qaz kəsintisi: 12 min ev təsirləndi

Aynur Camal

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

Pakistanda təhlükəsizlik qüvvələrinə bombalı hücum: 10 ölü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu