Baş xəbərDünya

ABŞ Aralıq dənizinin şərqinə göndərdiyi “Gerald R. Ford” təyyarədaşıyan gəmisini bölgədən çıxarır

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı Yaxın Şərqdə vəziyyətin gərginləşməsindən sonra Aralıq dənizinin şərqinə göndərdiyi dünyanın ən böyük hərbi gəmisi olan “Gerald R. Ford”u geri çağırıb.

Bugun.tv BBC-yə istinadla xəbər verir ki, bu barədə açıqlamada təyyarədaşıyan gəminin mayın 2-də başlayan səkkiz aylıq səyahət çərçivəsində hərbi təyinatlı ilk yerdəyişməsindən sonra Virciniyaya qayıda biləcəyi bildirilib.

Qeyd edək ki, 2017-ci ildə Hərbi Dəniz Qüvvələrinin sərəncamına verilən “Gerald R. Ford” ABŞ donanmasının 40 ildən çox müddətdə layihələndirdiyi yeni və ən müasir təyyarədaşıyan gəmisidir.

“Gerald R. Ford” təyyarədaşıyan gəmisi oktyabrın əvvəllərində Aralıq dənizinin şərqinə gəlib.

Xatırladaq ki, oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS yaraqlıları İsrailin cənubuna qanlı hücum həyata keçirib. Buna cavab olaraq İsrail ordusu HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi yaxın perspektivdə mümkündür

Aynur Camal

“Möhtəşəm olacaq”: Milyonlarla insan tam Günəş tutulmasını izləmək üçün İspaniyaya axın edir

Aynur Camal

Perseid meteor yağışı bu gecə zirvə həddinə çatacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu