15 C
Baku
24 Oktyabr 2025, 4:49
Baş xəbərKriminal

Ötürücü stansiyalardan oğurluq edənlər saxlanıldı

Bugun.tv xəbər verir ki, Goranboy  Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yerli mobil operator şirkətinə məxsus ötürücü stansiyalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakinləri Vüqar Məmmədov, Rəşid Behbudov, Sahib Şirəliyev və Bakı şəhər sakini Nəsimi Qurbanov cari ilin müxtəlif vaxtlarında işlədikləri şirkətin Tərtər, Daşkəsən, Yevlax və Goranboy rayonlarındakı ötürücü bazalarından ümumi dəyəri 30.000 manata yaxın enerji bloklarını oğurlayıblar.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf edərək, sözügedən enerji bloklarını satdıqlarını bildiriblər.

Faktlarla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

 

 

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Sel avtomobilləri sürüklədi: Küçələri su basdı

Aynur Camal

Donald Trump özünü ABŞ-ın kralı elan etdi: Ağ Ev tərəfindən paylaşıldı

Aynur Camal

Azərbaycanlıların kütləvi şəkildə soyqırıma məruz qoyulması faktları əsasında cinayət işi başlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu