Baş xəbərKriminal

Ötürücü stansiyalardan oğurluq edənlər saxlanıldı

Bugun.tv xəbər verir ki, Goranboy  Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yerli mobil operator şirkətinə məxsus ötürücü stansiyalardan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Sumqayıt şəhər sakinləri Vüqar Məmmədov, Rəşid Behbudov, Sahib Şirəliyev və Bakı şəhər sakini Nəsimi Qurbanov cari ilin müxtəlif vaxtlarında işlədikləri şirkətin Tərtər, Daşkəsən, Yevlax və Goranboy rayonlarındakı ötürücü bazalarından ümumi dəyəri 30.000 manata yaxın enerji bloklarını oğurlayıblar.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf edərək, sözügedən enerji bloklarını satdıqlarını bildiriblər.

Faktlarla bağlı Goranboy Rayon Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

 

 

Teymur Əziz

Oxşar xəbərlər

6,2 bal gücündə zəlzələ baş verdi

Nigar Məmmədova

Tacikistan və Türkiyə üç illik əməkdaşlıq proqramı imzaladı

İntizar Əmirova

TBMM-in sədr müavini vəfat etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu