7 C
Baku
22 Dekabr 2025, 9:04
Baş xəbər

Özünüməşğulluq proqramı iştirakçılarına aktivlər verildi

 Bugun.tv-yə DMA-dan daxil olan məlumata görə, on bir ayda 300-dən çox şəhid ailəsi üzvü və müharibə veteranı üçün təsərrüfatlar qurulub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesini davam etdirir.

Proqram çərçivəsində, həmçinin Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” üzrə oktyabr ayında daha 305 şəhid ailəsi üzvü və müharibə veteranı mal və materiallar formasında aktivlərlə təmin olunub.

Biznes planlarına uyğun olaraq həmin vətəndaşlara “Avtoelektrik xidməti”, “Kombi ustası və təmiri xidməti”, “Kiçik foto atelye”, “Maldarlıq təsərrüfatı”, “Keçiçilik təsərrüfatı” və s. istiqamətlər üzrə aktivlər verilərək onlar üçün təsərrüfatlar qurulub.

Aynur Camal

Oxşar xəbərlər

“Müdafiəsiz uşaqların səsi ol”

Aynur Camal

ABŞ-da Fələstinə dəstək verməklə günahlandırılan 7 tələbənin iddiası düşürüldü

Aynur Camal

Danimarka Qurani-Kərimə hücumlardan sonra sərhəd nəzarətini gücləndirib

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu