23 C
Baku
22 İyul 2024, 2:55
Dünya

Pakistanda bombalı hücum: Ölən və yaralananlar var

Pakistanın şimal-qərbində, Hayber Paxtunxva əyalətində bombalı hücum həyata keçirilib. Hücum nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Pakistanın şimal-qərbində, Hayber Paxtunxva əyalətində bombalı hücum həyata keçirilib. Polis rəsmisi Sabir Xan bildirib ki, vilayətin Mərdan rayonunda körpüyə qoyulan bombanın partlaması nəticəsində ilkin məlumata görə, 2 nəfər ölüb, 8 nəfər yaralanıb.Yaralıların xəstəxanaya aparıldığını bildirən Xan, 2 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Pakistanın daxili işlər naziri Muhsin Naqvi və bəzi hökumət rəsmiləri bombalı hücumu pisləyiblər. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Pakistan Münaqişələr və Təhlükəsizlik Araşdırmaları İnstitutunun məlumatlarına görə, 2022-ci ilə qədər terror hücumları 79 faiz artıb. İlin ilk 6 ayında 271 terror aktı baş verib, 389 nəfər həyatını itirib. 2022-ci ilin eyni dövründə 151 terror aktı baş verib və 293 nəfər ölüb.

Son aylar ölkədə, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror aktları artıb.

İslamabad iddia edir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub və Əfqanıstan bu iddiaları rədd edir.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

İŞİD İraqda polis idarəsinə hücum etdi: Ölənlər və yaralananlar var!

Aynur Camal

Hizbullah İsrailin Dişon qəsəbəsinə hücum etdi

İntizar Əmirova

“Şəkər əvəzedicilərindən istifadə fayda yox, ziyan edir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu