19 C
Baku
8 Sentyabr 2024, 3:38
Digər

Pakistanda güclü yağış və ildırım vurması nəticəsində ölənlərin sayı 39-a yüksəlib

Bugun.tv xəbər verir ki, Pakistanın cənub-qərb əyalətlərində güclü yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayı 39-a yüksəlib.

Dawn internet saytının məlumatına görə, təbii fəlakət, Pəncab, Bəlucistan və Hayber Pantunxva əyalətlərində 3 gündür davam edən yağışlar səbəbindən baş verib.

Səlahiyyətlilər, həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu barədə məlumat paylaşıb.

Baş nazir Şahbaz Şərif rəsmilərə yağışlardan zərər çəkmiş ərazilərə təcili yardımın çatdırılmasını tapşırdığını bildirib. Hadisə zamanı çoxlu evlər zərər görüb, infrastruktura da ciddi ziyan dəyib.

Qeyd edək ki, 2022-ci ildə ölkənin üçdə birini sular altında saxlayan daşqınlar nəticəsində 2 minə yaxın insan həyatını itirib və təxminən 30 milyard dollar ziyan dəyib.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Aşık Veysəlin robotu konsert verdi

Teymur Əziz

İran və ABŞ nüvə proqramları ilə bağlı fikir mübadiləsi aparır

Nigar Məmmədova

Türkiyədə zəlzələ baş verdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu