25 C
Baku
27 İyul 2024, 4:19
Digər

Pakistanda güclü yağış və ildırım vurması nəticəsində ölənlərin sayı 39-a yüksəlib

Bugun.tv xəbər verir ki, Pakistanın cənub-qərb əyalətlərində güclü yağış və ildırım çaxması nəticəsində həyatını itirənlərin sayı 39-a yüksəlib.

Dawn internet saytının məlumatına görə, təbii fəlakət, Pəncab, Bəlucistan və Hayber Pantunxva əyalətlərində 3 gündür davam edən yağışlar səbəbindən baş verib.

Səlahiyyətlilər, həyatını itirənlərin əksəriyyətinin buğda biçini zamanı ildırım vuran fermerlər olduğu barədə məlumat paylaşıb.

Baş nazir Şahbaz Şərif rəsmilərə yağışlardan zərər çəkmiş ərazilərə təcili yardımın çatdırılmasını tapşırdığını bildirib. Hadisə zamanı çoxlu evlər zərər görüb, infrastruktura da ciddi ziyan dəyib.

Qeyd edək ki, 2022-ci ildə ölkənin üçdə birini sular altında saxlayan daşqınlar nəticəsində 2 minə yaxın insan həyatını itirib və təxminən 30 milyard dollar ziyan dəyib.

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Ermənistan müxalifəti kütləvi aksiyalar təşkil edib.

Bugün TV

Blinken Moskvada törədilən terror aktını qətiyyətlə pisləyir

Kəmalə Sultan

Ərdoğan: THY təxminən 16 milyard dollarlıq xidmət ixracı ilə bu sahədə liderliyini möhkəmləndirdi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu