26 C
Baku
8 İyun 2025, 19:04
Dünya

Pakistanda partlayış baş verdi! 12 nəfər həlak oldu!

Bugun.tv xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində kömür mədənində qaz partlayışı nəticəsində 12 şaxtaçı həyatını itirib. Hadisə Harnai şəhərində baş verib.

Partlayışdan sonra mədənin bir hissəsi dağılıb və 20 şaxtaçı sıxışıb qalıb. Əraziyə xilasedici qruplar göndərilib. Aparılan işlər zamanı 12 şaxtaçının cəsədi aşkar edilib, 8 şaxtaçı xilas edilərək xəstəxanaya çatdırılıb.

Pakistanın baş naziri Şahbaz Şərif həyatını itirənlərin yaxınlarına başsağlığı verib. Şərif hökumətin ailələrə hər cür yardım göstərəcəyini bildirib.

Əfqanıstanla sərhədə yaxın Pakistanın qərb bölgələrində kömür yataqları olsa da, mədən qəzaları tez-tez baş verir. İlkin ehtimallar, əsasən, yeraltı qaz yığılmasıdır.

 

Teymur Əziz

Oxşar xəbərlər

Mayın 22-də gözlənilən hava şəraiti

Aynur Camal

5 günlük milli matəm elan edildi

Aynur Camal

Son xəbərlər… Rusiyanın qisası acı oldu! Ölən və yaralananlar var

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu