18 C
Baku
28 Oktyabr 2025, 3:03
Dünya

Pakistanda partlayış baş verdi! 12 nəfər həlak oldu!

Bugun.tv xəbər verir ki, Pakistanın Bəlucistan əyalətində kömür mədənində qaz partlayışı nəticəsində 12 şaxtaçı həyatını itirib. Hadisə Harnai şəhərində baş verib.

Partlayışdan sonra mədənin bir hissəsi dağılıb və 20 şaxtaçı sıxışıb qalıb. Əraziyə xilasedici qruplar göndərilib. Aparılan işlər zamanı 12 şaxtaçının cəsədi aşkar edilib, 8 şaxtaçı xilas edilərək xəstəxanaya çatdırılıb.

Pakistanın baş naziri Şahbaz Şərif həyatını itirənlərin yaxınlarına başsağlığı verib. Şərif hökumətin ailələrə hər cür yardım göstərəcəyini bildirib.

Əfqanıstanla sərhədə yaxın Pakistanın qərb bölgələrində kömür yataqları olsa da, mədən qəzaları tez-tez baş verir. İlkin ehtimallar, əsasən, yeraltı qaz yığılmasıdır.

 

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Kreml: Rusiya-Ukrayna danışıqları dayandırılıb

Aynur Camal

İspaniya və Fələstin arasında “ilk” ikitərəfli dövlət sammiti bu il keçiriləcək

Aynur Camal

Rusiyadan Telegram sahibi Pavel Durov üçün əlamətdar addım: Fransaya nota verildi!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu