Baş xəbərDünya

Pakistanda partlayış nəticəsində azı 5 polis əməkdaşı öldü

Pakistanın şimal-qərbində, Hayber Paxtunxva əyalətinin Bacaur rayonunda baş verən partlayış nəticəsində azı 5 polis əməkdaşı ölüb, 10-u yaralanıb.

Bugun.tv xəbər verir ki, bu barədə “Daily Pakistan” qəzeti xilasedicilərə və polis orqanlarına istinadla məlumat yayıb.

İlkin məlumata görə, polis avtomobili partlayıb. Ölənlər və yaralananlar poliomielit vaksinasiyası zamanı təhlükəsizliyin təmin edilməsinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Dawn qəzetinin məlumatına görə isə partlayışda 4 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Aynur Camal

Oxşar xəbərlər

Zelenski: Rusiyanın enerji və hərbi obyektlərinə zərbələr tamamilə haqlıdır

Aynur Camal

Məşhur “Five Guys” şəbəkəsi filiallarını bağlayır: Türkiyə planı gündəmdədir

Aynur Camal

Xəzər dənizinin səviyyəsi enməkdə davam edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu