Pakistan, Əfqanıstan, Kunar, hava zərbəsi, Taliban, Paktika, sərhəd gərginliyi, Al Jazeera
Dünya

Pakistanın Əfqanıstana hava zərbəsində 3 nəfər öldü

Bugun.tv xəbər verir ki, Pakistanın Əfqanıstanın şimal-şərqində yerləşən Kunar vilayətinə endirdiyi hava zərbəsi nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Al Jazeera-nın məlumatına görə, zərbə Kunar vilayətinin Nurgal rayonunda səhər saat 4 radələrində həyata keçirilib. Əfqanıstanın Kunar vilayəti üzrə sözçüsü Farid Dehqan bildirib ki, hücum zamanı bir ev vurulub və ölənlər eyni ailənin üç üzvü olub.

Taliban hökumətinin sözçüsü Həmdullah Fitrat da hücum nəticəsində bir evin dağıldığını və 3 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını açıqlayıb.

Pakistanın İnformasiya Nazirliyi isə Əfqanıstan ərazisində üç hədəfə endirilən hava zərbələri zamanı 28 “terrorçunun” öldürüldüyünü bildirib. Nazirlik hücumların hansı ərazilərə və hansı silahlı qruplara qarşı həyata keçirildiyini açıqlayıb.

Əfqanıstan tərəfinin bildirdiyinə görə, Paktika vilayətinin Barmal rayonunda da iki ərazi bombalanıb. Nəticədə bir mağaza və boş ev dağılıb, lakin həmin hücumlarda ölən və yaralanan olmayıb.

Pakistanla Əfqanıstan arasında münasibətlər son aylarda sərhədyanı hücumlar fonunda yenidən gərginləşib. Islamabad Əfqanıstandakı silahlı qrupları Pakistan ərazisinə hücumlarda ittiham edir, Taliban hökuməti isə bu ittihamları rədd edir.

Mənbə: Aljazeera

Aynur Camal

Oxşar xəbərlər

“Hindistan 12 il ərzində 496 milyon insanı yoxsulluqdan çıxarıb”

Aynur Camal

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Aynur Camal

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu