Baş xəbərDünya

Pangeoda baş verən yanğının 7-ci günüdür

Yunanıstanın Kavala bölgəsindəki Pangeo dağında avqustun 22-də başlayan meşə yanğını 7 gündür ki, davam edir. Yunan mətbuatında yer alan xəbərlərə görə, Pangeo dağındakı yanğın, çatılması çətin bir nöqtədə yerləşdiyi üçün bütün səylərə baxmayaraq 7 gündür nəzarət altına alınmır.

Yanğının söndürülməsinə 280 yanğınsöndürən, 46 yanğınsöndürən maşını, 3 helikopter və 3 təyyarə cəlb olunub. Ancaq indiyə qədər təxminən 13 min hektar meşə sahəsinin külə çevrildiyi bildirilir.

Digər tərəfdən, bu gün Yunanıstanın bir çox bölgəsində yüksək yanğın riski səbəbindən “sarı xəbərdarlıq” (3-cü kateqoriya) elan edilib. İqlim Böhranı və Mülki Müdafiə Nazirliyinin dərc etdiyi yanğın riski proqnozu xəritəsinə əsasən, sarı təhlükə altında olan bölgələr arasında Attiki, Euboea, Etoloakarnania, Korinf, Arqolis, Lakoniya, İliya, Evros, Rodop, Thassos, Halkidiki, Krit və Şimal Ege adaları var.

Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Sivasda yetişdirilən “Türk qızılbalığı” dünya bazarına ixrac olunur

Aynur Camal

“Məkkə Birgə Müdafiə Sazişi”dən sonra cümə namazı qılındı

Aynur Camal

ABŞ Apelyasiya Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsini dayandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu