Dünya

Papa Fransiskin səhhətində problem yarandı

Papa Fransisk Romadakı xəstəxanalardan birində tibbi müayinədən keçib. Onun xəstəxanada qalma müddəti açıqlanmayıb.

Bugun.tv xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat İdarəsinin direktoru Matteo Bruni deyib.

Xatırladaq ki, 2021-ci ilin iyulunda 86 yaşlı Papa Fransisk divertikulyar xəstəliyindən əməliyyat olunub. Vatikan tibb bacısı onu əməliyyat olunmağa razı salıb. Bunu Papanın özü sonradan etiraf edib.

“Anesteziyadan sağalması üçün on gün lazım oldu. Uğurlu əməliyyata baxmayaraq, xəstəlik daha yüngül formada geri qayıtdı. Pontifikin vəziyyətinə nəzarət etmək lazımdır. Bundan əlavə, Papa Fransisk dizində şiddətli ağrılardan əziyyət çəkir, ona görə də o, faktiki olaraq əlil arabasına məhkumdur. Ancaq bu, onun səyahətinə mane olmur”,- Bruni bildirib .

Xatırladaq ki, o, sonuncu dəfə yanvarın sonunda Konqo Demokratik Respublikası və Cənubi Sudana səfər edib. Macarıstana səfər isə aprelin sonunda planlaşdırılır.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Alimlər: Vitamin K yaşlılarda əzələ gücünün azalmasının qarşısını ala bilər

Aynur Camal

Alimlər: İnsanların qanında karbon qazının səviyyəsi artır

Aynur Camal

ABŞ Konqresində İran zərbələri ilə bağlı səlahiyyət mübahisəsi dərinləşir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu