19 C
Baku
8 Sentyabr 2024, 3:31
Baş xəbərDünya

Paris görüşü

Bugun.tv xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Vladimir Zelenski Parisdə görüşüb.

Makron və Zelenskinin Parisdə təxminən 3 saat davam edən görüşü ilə bağlı Yelisey Sarayından verilən ortaq yazılı açıqlamaya görə, iki lider Ukrayna-Rusiya müharibəsini pisləyib.

Vurğulanıb ki, Rusiya öz hərbi qüvvələrini Ukrayna ərazisindən dərhal və qeyd-şərtsiz çıxarmalıdır. Fransa və Ukrayna Rusiyanı Zaporojye Atom Elektrik Stansiyasından çıxmağa çağırıb.

Bəyanatda Fransanın Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq olduğu vurğulanıb.

Paris rəhbərliyinin lazım olduğu müddətcə Ukraynaya siyasi, maliyyə, humanitar və hərbi dəstəyini davam etdirəcəyinə diqqət çəkən bəyanatda, Fransanın önümüzdəki həftələrdə çoxlu batalyona təlim keçəcəyi, onları onlarla zirehli maşın və yüngül tankla təchiz edəcəyi vurğulanıb. AMX 10-RC tipli yüngül döyüş tankları, tankların olacağı da bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, Paris administrasiyası səylərini “Ukraynanın hava hücumundan müdafiə imkanlarına dəstək” üzərində cəmləyib.

Açıqlamaya görə, görüş zamanı Fransa Ukraynanın Qara Dəniz Taxıl Təşəbbüsünü davam etdirmək səylərinin əhəmiyyətini vurğulayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

15 İyul Şəhidlər Körpüsündə zəncirvari qəza baş verdi

İntizar Əmirova

İfrat sağçı jurnal qadağan edildi

Kəmalə Sultan

Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət etdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu