Baş xəbər

Park Cinema-da “Qara Pantera” həyəcanı

 Bugün.tv–ə daxil olan məlumata əsasən, 7 noyabr tarixində Park Cinema Flame Towers kinoteatrında “Qara Pantera: Vakanda əbədi” filminin qapalı nümayişi keçirilib.

Nümayişdə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Ənənəyə sadiq qalaraq Park Cinema tərəfindən “Marvel” sevərlər üçün xüsusi şou hazırlanıb. Daha sonra isə tamaşaçılar filmi IMAX formatında izləyiblər.

Qeyd edək ki, “Qara Pantera: Vakanda əbədi” filminin qapalı nümayişi rəsmi premyeradan 3 gün öncə keçirildi və ilk nümayişi məhz Azərbaycanda baş tutub. Nümayişdə iştirak edənlər filmi ilk izləyənlərdən olub.

Tamaşaçılar filmə Park Cinema-nın şəbəkəsinin Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall-da izləyə bilərlər.

Qeyd edək ki, hazırda Park Cinema kinoteatrlar şəbəkəsində 50% endirim kampaniyası davam edir və “Qara Pantera: Vakanda əbədi” filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə parkcinema.az saytından da əldə edə bilərlər.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Azərbaycana xarici investisiyaların cəlb edilməsində artım müşahidə olunur

Aynur Camal

Antalya 77-ci Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir

Aynur Camal

“Rusiya-Ukrayna müharibəsinin hərbi həlli yoxdur”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu