DünyaHadisəKriminal

Parka silahlı basqın nəticəsində 2 nəfər öldü

Bugun.tv xəbər verir ki, hadisə ABŞ-ın Kentukki ştatının Luisvil şəhərində yaşanıb.

Polisin yaydığı açıqlamaya görə, silahlı hücum yerli vaxtla axşam saat 9 radələrində Chickasaw Parkında olub.

İnsident nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Yaralananlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

Hücumun hansı səbəbdən baş verdiyi hələki məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, aprelin 10-da da Luisvildə Old National Bank adlı maliyyə mərkəzinə silahlı basqın olub. Nəticəsində ikisi polis olmaqla 5 nəfər ölüb, 8 nəfər isə  yaralanıb.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul etdi

Aynur Camal

AB qarşıdakı 10 ildə 50 min peykin buraxılacağını gözləyir

Aynur Camal

Britaniya Rusiyanın NATO-ya hücum planı barədə məlumatı olmadığını açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu